Karlo Ançelotti “Real”ın sükanı arxasında kubokların sayına görə Zinəddin Zidana çatıb. Matc.az xəbər verir ki, onun rəhbərlik etdiyi komanda son olaraq İspaniya Superkubokunun finalında “Barselona”nı 4:1 hesabı ilə məğlub edib.

Bununla italiyalı çalışdırıcı “kral klubu” ilə 11-ci kubokunu qazanıb. “Real” tarixinin ən titullu məşqçisi Migel Munyozdu. Onun rəhbərliyi altında madridlilər 14 kubok qazanıb.

Bundan əlavə, Ançelotti klubun baş məşqçisi kimi keçirdiyi matçların sayına görə Zidanı üstələyib – 264:263. Onları 605 matçla yalnız Munyoz qabaqlayır.

Qeyd edək ki, “Real” Ançelottinin rəhbərliyi altında 192 dəfə qalib gəlib, 34 dəfə heç-heçə edib və 38 matçda məğlub olub. 637 qol vurulub, 238-i buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest