“Az oynayan və baxışda olan futbolçuları bu gün sınaqdan keçirmək istədik”. Matc.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

“Az oynayan və baxışda olan futbolçuları bu gün sınaqdan keçirmək istədik”. Matc.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Tovuz təmsilçisi Türkiyədəki təlim-məşq toplanışında Macarıstan klubu “Şiofok”a yoxlama görüşündə 0:2 hesabı ilə uduzub.

Abbasov qarşılaşmadan sonrakı açıqlamasında ehtiyat qüvvəni sınaqdan keçirdiklərini söyləyib: “Bu gün keçirəcəyimiz ikinci görüşdə heç kimin zədələnməməsinə çalışacağıq. İnşallah, çempionata hazır olacağıq. Çempionatda az şans qazananları bu gün 90 dəqiqə meydanda görmək vacib idi. Görünən odu ki, onlar tam hazır deyillər. İkinci yarıda sıx qrafikdə oyunlar olacaq. Onların hər an şans qazanmaq ehtimalları var. Əsas odu ki, istədiyimiz oyun yükünü aldıq”.

Baş məşqçi komandada baxışda olan 4 futbolçunu bəyənmədiklərini bildirib: “Dünən bizə müraciət etmişdilər. Dedik ki, bəlkə hansısa xoşumuza gələr. Ancaq bizi qane etmədilər”.

Ayxan Abbasov gənclərin yoxlama görüşlərində iştirakının önəmindən bəhs edib: “Gənclər üçün belə oyunlar önəmlidi. Bəzi oyunçuların bu gün 90 dəqiqə meydanda olması müsbət haldı. Çünki oyun praktikası qazandılar”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest