“Azərbaycan hakimləri təxminən 6 il sonra yenidən ölkə xaricində təlim-məşq toplanışında bir araya gəldilər”. Matc.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Antalya toplanışını dəyərləndirərkən deyib.

Türkiyəli mütəxəssis hazırlığın onlar üçün faydalı olduğunu bildirib: “Belə hazırlıq imkanı yaratdığı üçün AFFA-ya təşəkkür edirəm. Toplanışın məqsədi mövsümün ikinci yarısına hazırlaşmaqdı. İkinci yarının çətin keçəcəyini bilirik. Həm Premyer Liqada, həm də ölkə kubokunda gərgin matçlar olacaq”.
Barış Şimşək ikinci yarıda daha yaxşı idarəçilik olacağına inandığını söyləyib: “Mövsümün ilk yarısında hakimlərimiz uğurlu idarəçilik etmişdilər. Səhvlər minimum səviyyədə idi. Məqsədimiz bu səhvləri daha da azaltmaqdı”.