“İstədiklərimizi hazırlıq prosesində gerçəkləşdirə bildik. Öncədən nəzərdə tutduğumuz kimi iki yoxlama oyununa çıxdıq. Premyer Liqa klubları “Kəpəz” və “Araz-Naxçıvan”la qarşılaşdıq. Toplanışın gedişindən razı qaldım".
“Mövsümün ikinci yarısının hazırlıq prosesinə yanvarın 4-də start vermişdik. Təlim-məşq toplanışı əvvəlcədən planlaşdırdığımız proqram üzrə keçdi”.
Matc.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
44 yaşlı mütəxəssis “Araz-Naxçıvan”la yoxlama oyunundan sonra fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb: “İstədiklərimizi hazırlıq prosesində gerçəkləşdirə bildik. Öncədən nəzərdə tutduğumuz kimi iki yoxlama oyununa çıxdıq. Premyer Liqa klubları “Kəpəz” və “Araz-Naxçıvan”la qarşılaşdıq. Toplanışın gedişindən razı qaldım. Bu hazırlığın nəticəsini mövsümün ikinci yarısında görə biləcəyik. Komandamızın potensialı var. Düşünürəm ki, daha yaxşı və iddialı “Qəbələ” görəcəyik. Keçirdiyimiz yoxlama oyunlarında gənc futbolçulara şans verdim. Onların çıxışından razı qaldım. Bu oyunçular gələcəkdə komandamıza əlavə güc qatacaq”.
Qeyd edək ki, mövsümün ikinci yarısına Qəbələdə hazırlaşan “qırmızı-qaralar” bu görüşdə 2:0 hesablı qələbə qazanıb.












