“Styaua”nın hücumçusu Andrea Kompanyo karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, italiyalı hücumçu “Neftçi”nin maraq dairəsindədi. Bakı klubu hələ sabiq baş məşqçisi Adrian Mutunun dönəmində Kompanyonu hədəfə almışdı.

“Styaua”nın hücumçusu Andrea Kompanyo karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, italiyalı hücumçu “Neftçi”nin maraq dairəsindədi.

Bakı klubu hələ sabiq baş məşqçisi Adrian Mutunun dönəmində Kompanyonu hədəfə almışdı. Məhz rumıniyalı mütəxəssis onun transferini istəmişdi. Mutu ölkəsinin mətbuatına açıqlamasında “Neftçi” rəhbərliyinin onunla yenidən əlaqə saxladığını və Kompanyo barədə məsləhət aldığını bildirib. O isə müsbət fikir səsləndirdiyini vurğulayıb.

Maraqlıdır ki, “Styaua”nın sahibi Georgi Becali də italiyalı forvard üçün təklif aldıqlarını etiraf edib: “Kompanyo üçün 400 min avroluq təklif aldım. Fikrimcə, onu satacağam”.

Qeyd edək ki, “Palermo”nun yetirməsi olan Andrea Kompanyo 2022-ci ildən “Styaua”nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest