“Qol vurmaq və məhsuldar ötürmələr vermək gözəldi, amma əsas komandaya xeyir vermək, birlikdə müsbət nəticə əldə etməkdi”. Matc.az xəbər verir ki, bunu “Fakel”in yarımmüdafiəçisi Nikita Motpan deyib.

“Qol vurmaq və məhsuldar ötürmələr vermək gözəldi, amma əsas komandaya xeyir vermək, birlikdə müsbət nəticə əldə etməkdi”. Matc.az xəbər verir ki, bunu “Fakel”in yarımmüdafiəçisi Nikita Motpan deyib.

Moldovalı futbolçu “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri yoxlama görüşü barədə fikirlərini bölüşüb. Qarşılaşmada yeganə qolun müəllifi olan 22 yaşlı milli üzvü yaxşı çıxış etdiklərini bildirib: “İlin ilk oyunu olduğundan, asan keçmədi. Amma hücumda və müdafiədə yaxşı görünürdük. Komanda olaraq fiziki cəhətdən yaxşı formadayıq”.

Qeyd edək ki, “Fakel” Rusiya Premyer Liqasında 11-ci, “Səbail” isə Azərbaycan çempionatında 5-ci pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest