16 Yanvar 2024, 11:03
FUTBOL
“Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirməkdə davam edir. Matc.az xəbər verir ki, Azərbaycan çempionu daha bir oyunçu ilə anlaşıb.
“Araz-Naxçıvan” braziliyalı “stolb” Dioqo Auqustonu heyətinə qatıb. 24 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, ölkəsində “Taboao da Serra” və “San Paulo” klublarının formasını geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək qış fasiləsində Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Junioru transfer edib.