“İnter”in yarımmüdafiəçisi Stefano Sensi qış “transfer pəncərəsi” bağlanmamış “Lester”ə keçə bilər. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, “tülkülər” italyan oyunçunu heyətə qatmaq üçün israrını davam etdirir. “İnter” isə İtaliya millisinin üzvünün keçidi qarşılığında təzminat almaq niyyətindədi. “Lester”in baş məşqçisi Enzo Mareska ən qısa zamanda Sensini ixtiyarında görmək istəyir. 28 yaşlı orta sahə oyunçusu da İngiltərə klubuna keçməkdə maraqlıdı.

Qeyd edək ki, Stefano Sensi 2019-cu ildən “İnter”də çıxış edir. O, bu mövsüm cəmi 4 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest