İspaniyada məşqçi 15 yaşlı qız futbolçu ilə intim münasibətdə olduğuna görə məhkum edilib. Matc.az xəbər verir ki, Malaqa məhkəməsi bu cinayət əməlinə görə, mütəxəssisi 2 il müddətinə azadlıqdan məhrum edib.

Təqsirləndirilən şəxsin azyaşlının futbol məşqçisi olduğundan, onun yaşını bildiyi və onunla intim münasibət qurduğu sübuta yetirilib. Adı açıqlanmayan mütəxəssis günahını boynuna alıb.

O, beş il müddətində cinsi kurslarda yer alacaq, intim münasibətdə olduğu qıza, onun evinə, məktəbinə, futbol meydançasına və məşq meydançasına 200 metr yaxın məsafəyə gəlməsi qadağan ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest