“Mançester Yunayted” “Barselona”nın müdafiəçisi Ronald Arauxonun transferində israrlıdı. Matc.az xəbər verir ki, Premyer Liqa klubu bu keçidin baş tutma ehtimalı ilə bağlı qarşı tərəfə sorğu göndərib.

“Mankunianlar” onlardan əvvəl ispanların qapısını döyən “Bavariya” ilə eyni cavabı alıb. Transfer qışda 80 milyon avro dəyərində olacaq. Arauxo özü isə ən azı mövsümün sonuna qədər “Barselona”da qalmaq istəyir.

“Mançester Yunayted” uruqvaylıya nəzarəti yaya qədər davam etdirəcək və daha sonra növbəti dəfə təklif göndərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest