“Araz-Naxçıvan”da bir ayrılıq baş verib. Matc.az xəbər verir ki, Premyer Liqa klubu yarımmüdafiəçisi Bayraməli Qurbanovu icarəyə verib.

21 yaşlı futbolçu I Liqada çıxış edən “Difai”nin şərəfini qoruyacaq. Razılığa əsasən, o, mövsümün sonuna qədər “Difai”də icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Bayraməli Qurbanov cari mövsüm əsasən əvəzedicilərin çempionatında mübarizə aparıb. O, Premyer Liqada da 9 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest