16 Yanvar 2024, 17:45
FUTBOL
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın Özbəkistanın “Soqdiana” klubu ilə oyununda insident baş verib. Matc.az xəbər verir ki, hadisə 40-cı dəqiqədə baş verib.
Belə ki, rəqibin müdafiəçisi “gənclik şəhəri” təmsilçisinin hücumçusu Kasimir Ninqaya qarşı kobudluqdan sonra yerdə olarkən onu vurub. Bu isə Azərbaycan klubunun ciddi narazılığına yol açıb. Hətta texniki zonada və ehtiyat oyunçular skamyasında olanlar da meydana qaçıblar.
Lakin insident böyümədən tərəflər sakitləşdirilib. Daha sonra isə baş hakim rəqibin müdafiəçisini qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, hazırda “Sumqayıt” 1:0 hesabı ilə öndədi.