16 Yanvar 2024, 22:38
FUTBOL
"Bavariya"nın hücumçusu Erik Çupo-Motinq qış transfer pəncərəsində komandanı tərk edə biləcək yeganə oyunçudur.
Matc.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqası klubundan təklif gələcəyi halda baş verəcək. Münhen komandası 34 yaşlı forvardı mövsümün sonuna qədər heyətdə saxlamaq istəyir.
Xatırladaq ki, Motinq daha əvvəl İngiltərədə “Stok Siti”də çıxış edib və Premyer Liqada cəmi 5 qol vurub. Hazırkı Bundesliqada kamerunlu forvard 15 matçda 2 qol vurub.