Madrid sakini Fransisko Lopes VAR sisteminə görə FİFA-nə və İspaniya Kral Futbol Federasiyasını (RFEF) məhkəməyə verib. Matc.az xəbər verir ki, bunu o özü bildirib.

Fransisko Lopes VAR-ın öz layihəsi olduğunu iddia edib: “VAR sistemi “21st Century Football” adlı bir layihə idi, hər şeyi bütövlükdə qeyd edirdi. İndi etdikləri yeganə şey ona başqa bir ad verməkdi. İnkişaf mənim layihəm əsasında hazırlanmışdı. Onu 1999-cu ildə Əqli Mülkiyyətin Baş Reyestrində qeydiyyata almışam və onun sonrakı genişlənməsi 2006-cı ildə qeydə alınıb”.

O, ixtirasını 1999-2007-ci illərdə FİFA-ya təqdim etdiyini də vurğulayıb. Lopes ali futbol qurumundan 300 milyon avro təzminat almaq niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest