17 Yanvar 2024, 09:39
FUTBOL
Türkiyə Kubokunda 1/16 final mərhələsi davam edir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” aşağı liqa təmsilçisi “Sakaryaspor”la üz-üzə gəlib.
Qarşılaşma Superliqa klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Hatayspor” 1/8 finala yüksəlib. Ancaq Dadaşovun adı bu görüşün iştirak ərizəsində olmayıb.
Əvəzində isveçli Karlos Strandberq pokerə imza atıb.