17 Yanvar 2024, 10:24
FUTBOL
Kərim Benzema Fransanın daxili işlər naziri Gerald Darmanini məhkəməyə verib. Matc.az xəbər verir ki, bunu ulduz futbolçunun vəkili Huges Vigier açıqlayıb.
Məsələ burasındadı ki, “Real”ın sabiq hücumçusu bir müddət əvvəl Yaxın Şərqdəki münaqişə ilə bağlı paylaşımında “Qəzza sakinləri üçün dua edirik”, yazmışdı. Fransanın daxili işlər naziri isə Benzemanı terrorçularla əlaqəli olduğunu iddia etmişdi.
Bu üzdən oyunçu məhkəməyə müraciət edib. Sənəd 92 səhifədən ibarətdi, onlardan 82-si mətbuatdan məqalələr şəklində əlavələrdi. Qalan 10 səhifə Kərimin arqumentidi. Futbolçu nazirin açıqlamasının onun şərəfinə xələl gətirdiyini vurğulayıb.
Forvardın iddiası müsbət nəticələnsə, Darmanen 12 min avro cərimələnəcək.