İtaliya millisinin sabiq kapitanı Corcio Kyellini məşqçiliyə başlayıb. Matc.az xəbər verir ki, 39 yaşlı keçmiş müdafiəçi ABŞ-da fəaliyyət göstərəcək.

O, “Los-Anceles” Akademiyasında məşqçi kimi çalışacaq. Kyellini futbolçuların inkişafı üzrə məşqçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Corcio Kyellini futbolçu karyerasını ötən ilin dekabrında məhz “Los-Anceles”in heyətində başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest