17 Yanvar 2024, 11:42
FUTBOL
“Barselona”nın kapitanı Serxi Roberto daha bir il komandada qalmaq istəyir. Matc.az xəbər verir ki, ispaniyalı müdafiəçi buna görə fədakarlığa da hazırdı.
Belə ki, 31 yaşlı cinah oyunçusu maaşının azaldılmasına razıdı. Roberto hazırda kataloniyalılarda ən az maaş alan oyunçudu. O, yeni müqavilə xatirinə İspaniya La Liqası üçün ən minimum maaşa da hazırdı.
Qeyd edək ki, Serxi Roberto karyerası ərzində yalnız “Barselona”da oynayıb. O, bütün turnirlərdə ümumilikdə 361 oyuna çıxıb, 19 qol və 41 məhsuldar ötürmə ilə yadda qalıb.