“Hiss etdiklərimi söyləmək vaxtıdı. Təəssüf ki, gec oldu. Sadəcə hər şeyi necə ifadə edəcəyimi bilmirəm”. Matc.az xəbər verir ki, bu barədə “Qarabağ”ın yeni transferi Aleksey İsayev instaqram səhifəsindəki paylaşımında yazıb.

Azərbaycan millisinin üzvü sabiq komandası “Sabah”la vidalaşıb: “Sabah"da olduğum müddətdə mənə kömək edənlərə təşəkkür etmək istəyirəm. 4 il bir anda ötüb keçdi, həm sevincli, həm də kədərli anlar oldu. Bu yolları birlikdə adladığımız üçün minnətdaram. Futbol meydanındakı hər komanda yoldaşıma təşəkkür edirəm, sizinlə oynamaq şərəf idi”.

Futbolçu klubun həkimlərinə, rəhbərliyinə, işçilərinə və məşqçilər korpusuna da təşəkkür etməyi unutmayıb: “Bizə inandınız və meydanda əsl emosiyaları hiss etməyimizə imkan verdiniz”.

Qeyd edək ki, Aleksey İsayev 2020-ci ildən bəri “Sabah”ın formasını geyinib. O, yanvarda “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest