Rusiyanın “Dinamo” klubunun baş direktoru Şamil Qazizov baş məşqçi Kurban Berdıyevin Azərbaycan millisi ilə birgə hallanmasına münasibət bildirib. Matc.az xəbər verir ki, Mahaçqala klubunun rəsmisi “Sport Express”ə açıqlamasında son nöqtəni qoyub.

O, Berdıyevin Azərbaycan yığmasının sükanı arxasına keçməyəcəyini deyib: “Azərbaycan millisi? Berdıyev Mahaçqala “Dinamo”sunun məşqçisidi. Nöqtə. Onun haqqında yayılan söz-söhbətlər məni narahat etmir”.
Qeyd edək ki, Kurban Berdıyevin adı Azərbaycan millisinin baş məşqçi postuna namizədlər sırasında göstərilirdi.