“Tottenhem” müdafiəçisi Serxio Requlonla yollarını ayırıb. Matc.az xəbər verir ki, sol cinah oyunçusu “Brentford”la anlaşıb.

İngiltərə klubu tezliklə onun keçidini açıqlayacaq. İspaniyalı futbolçu mövsümün sonuna qədər icarə əsasında “Brentford”a oynayacaq. Müqaviləyə satın alma maddəsi daxil edilməyib. Requlon bu gün tibbi müayinədən keçdikdən sonra keçidi rəsmiləşdirəcək.

Requlon bu mövsümün ilk dövrəsini icarə əsasında “Mançester Yunayted”də keçirib. Yanvarın əvvəlində klublar müqaviləyə xitam veriblər. Müdafiəçi “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb.

27 yaşlı futbolçunun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest