“Bavariya” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, müdafiəçi Mattiys de Liqt sıradan çıxıb.

Niderland millisinin üzvü Portuqaliyadakı təlim-məşq toplanışı zamanı sol dizindən xəsarət alıb. Klubun tibb departamenti dərhal onu MRT müayinəsindən keçirib. Bu üzdən de Liqt məşqlərə ara verib.

Qeyd edək ki, Mattiys de Liqt bu mövsümün ilk dövrəsində dizindəki problemlərə görə 11 matçı buraxıb. O, Almaniya çempionunun heyətində cari Bundesliqada 9 görüşdə iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest