Seneqal millisinin müdafiəçisi Şeyxu Kuyate Afrika Millətlər Kuboku zamanı düşərgəni tərk edib. Matc.az xəbər verir ki, buna səbəb futbolçunun atasının vəfat etməsi olub.

Onun Dakardakı dəfn mərasiminə qatılması üçün təlim-məşq toplanışını tərk etməsinə icazə verilib. Şeyxu bundan sonra yenidən yığmaya qoşulacaq.

Qeyd edək ki, Seneqal yığması Afrika Millətlər Kubokuna Qambiya üzərində 3:0 hesablı qələbə ilə başlayıb. 34 yaşlı müdafiəçi qarşılaşmanı ehtiyatdan izləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest