Klub prezidenti Joan Laporta bu təqdirdə sabiq futbolçuları Rafael Markesi baş məşqçi postuna təyin etməyi planlaşdırır.

“Barselona”nın futbolçuları baş məşqçi Xaviyə inamı itiriblər. Matc.az xəbər verir ki, Kataloniya klubunun bəzi aparıcı oyunçusu ispaniyalı mütəxəssislə uğur qazanmağın mümkünsüzlüyünü hesab edir.

Oyunçular Xavinin matçlara yanaşmasından və fəlsəfəsindən narazıdılar. Ancaq rəhbərlik hələ də çalışdırıcıya güvənməkdə davam edir. Buna baxmayaraq, onun növbəti mövsüm də komandanın sükanı arxasında qalıb-qalmayacağı ilə bağlı şübhələr var. Bu isə komandanın cari mövsümdəki nəticələrindən asılı olacaq.

Klub prezidenti Joan Laporta bu təqdirdə sabiq futbolçuları Rafael Markesi baş məşqçi postuna təyin etməyi planlaşdırır.

Qeyd edək ki, “Barselona” La Liqada 19 turdan sonra 41 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider “Jirona”dan 8 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest