17 Yanvar 2024, 19:10
FUTBOL
"Nyukasl" "Bavariya"nın və Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmixin transferi üçün Münhen klubuna müraciət edib.
Matc.az xəbər verir ki, futbolçu qışda klubundan ayrılmaq istəmir. "Bavariya" da öz növbəsində 28 yaşlı oyunçusunu yay transfer pəncərəsində buraxmağa hazırdır.
Bu mövsüm Kimmix bütün yarışlarda 21 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "Bavariya" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. "Transfermarkt" portalı almaniyalıya 75 milyon avro qiymət qoyub.