17 Yanvar 2024, 20:24
FUTBOL
"Gent"in və Nigeriya Olimpiya yığmasının hücumçusu Gift Orban Fransanın Lion şəhərinə köçür.
Matc.az xəbər verir ki, şəhərin eyniadlı komandası onunla 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Transfer məbləği isə 13 milyon avro təşkil edəcək.
Bu mövsüm Orban bütün turnirlərdə 30 oyun keçirib, 12 qol vurub və 4 vərəqə alıb (3 sarı və 1 qırmızı).