18 Yanvar 2024, 09:12
FUTBOL
“Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov legioner həyatı yaşamağa hazırlaşır. Matc.az saytının “Weszlo” nəşrinə istinadən məlumatına görə, 28 yaşlı futbolçu Polşada çıxış edə bilər.
Çünki yüksək liqa təmsilçisi LKS Azərbaycan millisinin üzvünün transferində maraqlıdı. Hətta danışıqların uğurlu alındığı və Lodz klubunun keçidi tezliklə açıqlayacağı bildirilib.
Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın formasını geyinir.