Minifutbol üzrə Azərbaycan çempionatında VI tur başa çatıb. Matc.az xəbər verir ki, ikinci oyun günündə 4 görüş olub. İlk gündə qapılara 43 qol vurulmuşdusa, bu dəfə 25 top qeydə alınıb.
Minifutbol üzrə Azərbaycan çempionatında VI tur başa çatıb. Matc.az xəbər verir ki, ikinci oyun günündə 4 görüş olub.
İlk gündə qapılara 43 qol vurulmuşdusa, bu dəfə 25 top qeydə alınıb.
“Zirə” və son çempion “Birbaşa Bakı” növbəti qələbəsini qazanıb. Bu, “Zirə”nin ardıcıl 6-cı qalibiyyəti olub. Adıçəkilən komanda hazırda 18 xalla liqaya başçılıq edir. İkinci pillədəki “Birbaşa Bakı”nın isə aktivində 15 xal var.
Minifutbol çempionatı
VI tur
“Abşeron” – “Dirçəliş” 3:3
“Birbaşa Bakı” – “Aznur” 5:2
“Veteran” – “İnter” 0:4
“Zirə” – “Qalaxy Bakı” 6:2