“Real”ın baş məşqçisi Karlo Ançelottinin oğlu və köməkçisi Davide Ançelotti atasının yolu ilə getməyə hazırdı. Matc.az xəbər verir ki, 34 yaşlı mütəxəssis baş məşqçi karyerasına başlamağı planlaşdırır.

O, İspaniya, İngiltərə və İtaliyada klublardan birinə rəhbərlik etmək arzusundadı. Ançelotti Səudiyyə Ərəbistanından gələn bir neçə təklifi rədd edib. Gənc mütəxəssis yalnız Avropanın böyük futbol ölkələrinin təmsilçiləri üçün “Real”ı tərk edər.

Qeyd edək ki, Davide Ançelotti karyerasına PSJ və “Real”da fitnes məşqçisi kimi başlayıb. Daha sonra “Bavariya”, “Napoli” və “Everton”da atasının köməkçisi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest