“Real”ın yarımmüdafiəçisi Luka Modriç İspaniya vergi polisinə qarşı məhkəmədə qalib gəlib. Matc.az xəbər verir ki, 2018-ci ildə futbolçu 8 il şərti həbs cəzasına və 1,2 milyon avro ödəməyə məhkum edilib.

Xorvatiya millisinin kapitanı 2012-2014-cü illərdə İspaniyada vergidən yayınmaqda ittiham olunurdu. O, 2012-ci ildə İspaniyanın vergi rezidenti olmadığını iddia edib. Çünki “Tottenhem”dən “Real”a yeni keçmişdi. Məhkəmə futbolçunun arqumenti ilə razılaşaraq, həmin vaxt onun aktivlərinin bir hissəsinin Böyük Britaniyada olduğunu qəbul edib.

Vergi polisi həmçinin 2013 və 2014-cü illərdə Modriçin agentlərə öz adından ödənişlər etdiyindən də şübhələnib. Məhkəmə bu ödənişlərin Madrid klubuna göstərilən mütəxəssislərin xidmətləri üçün nəzərdə tutulduğuna qərar verib. Qeyd olunub ki, Modriçə qarşı sanksiyalar artıq aradan qaldırılıb. Üstəlik, ona 3,5 milyon avro ödəniləcək.

Qeyd edək ki, 38 yaşlı Luka Modriç 2012-ci ildən “Real”ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest