18 Yanvar 2024, 10:42
FUTBOL
Donetsk “Şaxtyor”unun futbolçusu Aleksey Kaşukla maraqlanan klubların sayı artmaqdadı. Matc.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, daha 3 komanda onu heyətinə qatmaq fikrinə düşüb.
Maraqlıdı ki, onlardan ikisi Azərbaycan Premyer Liqası təmsilçiləridi. Belə ki, “Neftçi”dən sonra “Qarabağ” və Kaşukun sabiq komandası “Sabah” onun transferi üçün mübarizəyə qoşulublar. Eyni zamanda İsveçrə “Bazel”i də onun keçidi üçün “Şaxtyor”la danışıq aparıb.
23 yaşlı yarımmüdafiəçi uğrunda mübarizədə digər rəqiblər isə PAOK (Yunanıstan) və “Hayduk”du (Xorvatiya).
Qeyd edək ki, Aleksey Kaşukun “Şaxtyor”la sözləşməsi mövsümün sonuna qədərdi. O, 2022-23 mövsümündə “Sabah”ın formasını geyinib.