Kərim Benzema karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Matc.az xəbər verir ki, fransalı hücumçu Səudiyyə Ərəbistanı klubu “Əl-İttihad”ın düşərgəsinə qayıtmaqdan imtina edib.

Əsas komandadan uzaqlaşdırılan 36 yaşlı forvard artıq yeni variantları nəzərdən keçirir. Səudiyyə Ərəbistanını tərk etməkdə qərarlı olan Benzema İngiltərə təmsilçilərindən təkliflər alıb. Onlardan biri isə “Çelsi”di.

Ancaq “Əl-İttihad” Benzemanı satmağa və ya icarəyə verməyə müsbət yanaşmır. Onunla anlaşacaq klub Səudiyyə Ərəbistanı təmsilçisini də razı salmalıdı.

Qeyd edək ki, Kərim Benzemanın “Əl-İttihad”la sözləşməsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest