İki gün əvvəl “Roma”dan istefaya göndərilən Joze Mourinyo tezliklə yeni komandasına qovuşa bilər. Matc.az xəbər verir ki, artıq indidən portuqaliyalı mütəxəssisin adı bir neçə komanda ilə birgə hallanır.

Onlardan biri də “Barselona”dı. Yayılan məlumata görə, kataloniyalılar hazırkı baş məşqçi Xavinin fəaliyyətindən narazıdı. İspaniyalı mütəxəssislə yollar ayrılsa, Mourinyo alternativlər sırasında olacaq.

Ancaq o, rəhbərlik üçün ilk seçim olmayacaq. Çünki klub əzəli rəqib “Real”da çalışmış Mourinyonun təyinatına azarkeşlərin sərt reaksiya verməsindən narahatdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest