“Bavariya”nın müdafiəçisi Mattiys de Liqtin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, Niderland millisinin üzvünün zədəsi gözləniləndən yüngül olub.

Məşq zamanı dizindən xəsarət alan 24 yaşlı mərkəz müdafiəçisi MRT müayinəsindən keçib. Baş məşqçi Tomas Tuxel onun durumunun yaxşı olduğunu söyləyib. De Liqt artıq sabahdan etibarən kollektivlə birgə məşqlərdə iştirak edə biləcək. O, Bundesliqanın növbəti turunda “Verder”lə matçda məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, ölkə çempionatının XVIII turunun “Bavariya” – “Verder” qarşılaşması yanvarın 21-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest