18 Yanvar 2024, 13:05
FUTBOL
“Çelsi” müdafiəçisi Trevo Çalobanı yola salacaq. Matc.az xəbər verir ki, “zadəganlar” 24 yaşlı arxa xətt oyunçusunu icarəyə vermək qərarına gəlib.
İngiltərənin U-21 millisinin sabiq üzvü mövsümün ikinci dövrəsini də Premyer Liqada keçirəcək. Çünki mərkəz müdafiəçisi “Fulhem”ə icarəyə verilir. Klublar arasında danışıq müsbət yekunlaşıb. “Fulhem”in onu birdəfəlik transfer etmək hüququ olacaq.
Qeyd edək ki, Trevo Çalobanın “Çelsi” ilə müqaviləsi 2028-ci ilə qədərdi.