“Qarabağ”dan LKS-ə transfer olunan Rahil Məmmədovun yeni klubuna qoşulacağı tarix müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi yanvarın 20-də Bakını tərk edəcək.

28 yaşlı oyunçu həmin gün Türkiyənin Side şəhərinə yollanacaq. Çünki Lodz təmsilçisi qardaş ölkədə qış təlim-məşq toplanışındadı. Rahil də orada kollektivlə birlikdə məşqlərə qatılacaq. Onun komandası toplanış zamanı 4 yoxlama görüşü keçirəcək.

Qeyd edək ki, LKS-in Polşa çempionatının növbəti turundakı oyunu fevralın 12-də olacaq. Komanda həmin gün “Korona”nın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest