18 Yanvar 2024, 14:38
FUTBOL
“Real” “Mançester Siti”nin hücumçusu Erlinq Halandın mümkün transferini nəzərdən keçirir. Matc.az xəbər verir ki, İspaniya klubu bununla bağlı Norveç millisinin üzvünün yaxınları ilə əlaqə saxlayıb.
Gənc forvard danışığa müsbət reaksiya versə, o zaman “kral klubu” İngiltərə çempionunun rəhbərliyi ilə təmas quracaq. Ötən ilin yayında Dortmund “Borussiya”sından “Real”a keçən yarımmüdafiəçi Cud Bellingem də Halandı razı salmaq üçün onunla tez-tez əlaqə saxlayır.
Qeyd edək ki, 23 yaşlı forvardın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdi.