Azərbaycan Premyer Liqasında XXII və XXIII turun oyunlarının təqvimi açıqlanıb. Matc.az xəbər verir ki, turlar müvafiq olaraq 11-13 fevralda və 17-18 fevralda oynanılacaq.

Yalnız XXIII turun “Qəbələ” – “Qarabağ” qarşılaşması ikincilərin avrokuboklardakı çıxışı səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Premyer Liqa

XXII tur

11 fevral (bazar)

19:00. “Qarabağ” – “Sabah”

Tofiq Bəhramov adına Respublika stadionu

12 fevral (bazar ertəsi)

15:00. “Kəpəz” – “Səbail”

Qəbələ şəhər stadionu

13 fevral (çərşənbə axşamı)

15:00. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu

17:15. “Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

19:30. “Araz-Naxçıvan” –“Neftçi”

“Dalğa Arena”

 

XXIII tur

17 fevral (şənbə)

16:00. “Sabah” – “Kəpəz”

“Bank Respublika Arena”

18:30. “Səbail” – “Araz-Naxçıvan”

“ASCO Arena”

18 fevral (bazar)

15:30. “Sumqayıt” – “Turan Tovuz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”

“Neftçi Arena”

 

Qeyd: “Qarabağ”ın rəsmi müraciəti, “Qəbələ”nin razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ”ın ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə XXIII turun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün nə vaxt keçiriləcək hələ bəlli deyil. Əvəzedici heyətlərin matçı isə təqvimə uyğun şəkildə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest