“Portu”nun hücumçusu Mehdi Taremi İtaliyaya köçməyə hazırlaşır. Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu mövsümün sonunda “İnter”in heyətinə qoşulacaq.

Çünki tərəflər futbolçunun yayda “neraduzrra” ilə müqavilə imzalamasını razılaşdırıb. Tareminin “Portu” ilə sözləşməsi mövsümün sonuna qədər olduğundan, o, yeni komandasına azad agent kimi keçəcək. İran millisinin üzvü A seriyasının nəhəngi ilə 2+1 illik sazişə qol çəkəcək.

Qeyd edək ki, Mehdi Taremi 2020-ci ildən “Portu”da çıxış edir. O, cari mövsüm 25 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest