“Barselona”nın futbolçusu Serjinyo Dest gələcək taleyindən danışıb. Matc.az xəbər verir ki, hazırda icarə əsasında PSV-də çıxış edən 23 yaşlı müdafiəçi İspaniya nəhənginə qayıtmaqda həvəsli deyil.

ABŞ millisinin üzvü Xavinin baş məşqçi olduğu dönəmdə komandaya qayıtmayacağını qayıtmayacağını bildirib: “Xavi orada olduğu müddətdə “Barselona”ya qayıtmayacağam”.

Qeyd edək ki, Serjinyo Dest mövsümün əvvəlində PSV-yə icarəyə verilib. Niderland klubu onu yayda 10 milyon avro qarşılığında birdəfəlik transfer etməyi düşünür. Onun “Barselona” ilə müqaviləsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest