18 Yanvar 2024, 18:20
FUTBOL
"Salernitana" müdafiəçi Jerom Boatenqi mövsümün sonuna qədər almaqda maraqlıdır.
Matc.az xəbər verir ki, bu gün İtaliya klubunun nümayəndələri ilə futbolçunun agenti arasında görüş olub.
Xatırladaq ki, 2023-cü ilin yayından Boatenq azad agent statusundadır. Onun son klubu Fransa "Lion"u olub, o, bu komandada 35 oyun keçirib və 2 məhsuldar ötürmə verib.