“Astana”nın yarımmüdafiəçisi Maks Ebonqun “Neftçi”yə transferi baş tutmayıb. Matc.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan klubunun onu almaq cəhdləri xüsusən də, mövsümün əvvəlində nəticə verməyib.

Ebonqun hətta ötən ilin yayında “ağ-qaralar”a azad agent kimi keçmək imkanı yaranıb. Ancaq Belarus millisinin üzvü son anda “Astana” ilə yeni sazişə razılıq verib. Hətta qış fasiləsində 24 yaşlı oyunçu ilə bağlı müraciətlər geri çevrilib.

Ancaq yazılanlara inansaq, həm klub, həm də Ebonq özü bu sövdələşmədən məmnun deyil. Futbolçu artıq komandanı tərk etmək fikrinə düşüb. Ancaq onunla maraqlanan klublar həmin mövqedəki boşluğu doldurduğu üçün Ebonqa o qədər də ciddi maraq göstərmirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest