“Neftçi”nin yeni transferi Alfa Kontenin sabiq komandası “Lokomotiv”ə nə qədər qazandırdığı bəlli olub. Matc.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, Plovdiv təmsilçisi 23 yaşlı hücumçusunun keçidindən təzminat alıb.

İki klub arasında razılığın 150 min avro təşkil etdiyi vurğulanıb. Ancaq bu məbləğin hamısını “Neftçi” qarşılamayıb. Məsələ burasındadı ki, “Lokomotiv” Sierra Leone millisinin üzvünə borclu olduğundan, pulun bir hissəsi həmin borcların ödənilməsi üçün silinib.

Qeyd edək ki, Alfa Konte “Neftçi” ilə 3,5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest