“FourFourTwo” nəşri futbol ictimaiyyətində ən çox nifrət edilən şəxslərin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, araşdırmaya əsasən, “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Co Barton siyahıya başçılıq edir.
Azarkeşlər arasında aparılan sorğu nəticəsində ümumilikdə 32 oyunçunun adı çəkilib. Maraqlıdı ki, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ilk “10-luq”da yer alıb.
Ən çox nifrət edilən futbol adamları:
1. Co Barton (“Mançester Siti”nin sabiq futbolçusu)
2. Jozef Blatter (FİFA-nın sabiq prezidenti)
3. Harald Şumaxer (Almaniya millisinin sabiq qapıçısı)
4. Mişel Platini (UEFA-nın sabiq prezidenti və Fransanın əfsanəvi futbolçusu)
5. El-Haci Diuf (“Liverpul”un və Seneqal millisinin sabiq futbolçusu)
6. Con Terri (“Çelsi”nin və İngiltərə millisinin sabiq futbolçusu)
7. Kriştiano Ronaldo (Portuqaliya millisinin futbolçusu)
8. Luis Suares (Uruqvay millisinin futbolçusu)
9. Pit Vinkelman (“MK Dons”un prezidenti)
10. Joze Mourinyo (“Roma”nın sabiq baş məşqçisi)
Siyahıda həmçinin Luçano Mocci (11-ci yer), Dieqo Maradona (14), Dieqo Kosta (17), Paolo Di Kanio (19), Mark van Bommel (24), Aleks Ferqyuson (27), Serxio Ramos (31) və Pepe (32-ci) kimi tanınmış simalar da yer alıb.