“Lion” hücum xəttini Gift Orbanla gücləndirib. Matc.az xəbər verir ki, Fransa klubu bu transferi rəsmi saytı vasitəsilə açıqlayıb.

21 yaşlı forvard yeni komandasına “Gent”dən keçib. Belçikalılar bunun müqabilində 12 milyon avro alacaqlar. “Lion” qarşı tərəfə daha 8 milyon avro bonus ödəyəcək. Klublar arasında anlaşmaya əsasən, Orbanın növbəti transferi zamanı məbləğin 20 faizi “Gent”ə köçürüləcək.

Orban “Lion”la 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest