19 Yanvar 2024, 12:43
FUTBOL
“Betis” yarımmüdafiəçisi Andres Kuardado ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, 37 yaşlı futbolçu karyerasını ölkəsi Meksikada davam etdirəcək. Çünki o, “Leon” klubu ilə anlaşıb. Meksika millisinin sabiq üzvü karyerası ərzində “Deportivo”, “Valensiya”, “Bayer” və PSV kimi Avropa klublarında çıxış edib.
Qeyd edək ki, Andres Kuardado 2017-ci ildən “Betis”də çıxış edir. O, komandanın heyətində 218 oyunda 5 qol vurub, 18 məhsuldar ötürmə verib.