19 Yanvar 2024, 17:19
FUTBOL
“Tottenhem”in müdafiəçisi Pedro Porro komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, ispaniyalı sağ cinah oyunçusu Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
İspaniya millisinin üzvü artıq iki klubdan təklif alıb. Bunlar “Real” və “Mançester Siti”di. 24 yaşlı müdafiəçi İngiltərədə qalmaq istəsə, “şəhərlilər”in təklifini müsbət cavablandıracaq. Ancaq “kral klubu” da bu keçiddə israrlıdı.
Qeyd edək ki, Pedro Porro bu mövsüm “Tottenhem”in heyətində 21 oyun keçirib, 1 qol vurub, 8 məhsuldar ötürmə verib.