“Bavariya” “Çelsi” ilə barter müqaviləsi bağlamaq imkanını araşdırır. Matc.az xəbər verir ki, Münhen klubu sol cinah müdafiəçisi Alfonso Devisi sözləşməyə sala bilər.

Razılıq əldə olunarsa, London klubunda həmin mövqedə çıxış edən Benjamin Kiluell əks istiqamətə hərəkət edəcək. “Bavariya”nın baş məşqçisi Tomas Tuxel “Çelsi”də rəhbərliyi altında oynamış Kiluellin keyfiyyətlərini yüksək qiymətləndirir. Həmçinin “zadəganlar” da İngiltərə Premyer Liqasında oynamaq arzusunda olan kanadalı Deyvisi heyətə qatmaq fikrindədi.

Qeyd edək ki, Alfonso Devisin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest