19 Yanvar 2024, 18:26
FUTBOL
Misir yığmasının hücumçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsində Qana ilə matçın ilk yarısının sonunda zədələnib.
Matc.az xəbər verir ki, hücumçu 45-ci dəqiqədə məcburi əvəzlənib. O, meydanı göz yaşları içində tərk edib və onu Mustafa Fati əvəzləyib.
Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.