19 Yanvar 2024, 19:00
FUTBOL
"Yuventus"un hücumçusu Moise Kin karyerasını "Atletiko Madrid"də davam etdirəcək.
Matc.az xəbər verir ki, “matrasçılar” forvardı icarəyə götürməyə yaxındır. Turin klubu öz oyunçusunu buraxmağa hazırdır, tərəflər sadəcə müqavilənin təfərrüatlarını həll etməlidirlər.
Bu mövsüm Kin "qoca sinyora"nın heyətində 12 oyun keçirib, heç bir qol vurmayıb.